Deputatlar bu tarixdən yay tətilinə çıxırlar

11:35 07.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 15-də Milli Məclisinin deputatları tətilə çıxacaqlar.

Hafta.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Milli Məclisinin Daxili Nizamnaməsinə müvafiq olaraq deputatlar rəsmən iyul ayının 15-dən tətilə buraxılacaq.

Tətil müddəti avqustun 30-dək davam edəcək.